Əhməd əlŞara: “Heyət Təhrir əşŞam”in buraxılması haqqında qərar Milli Dialoq üzrə Konfrans…
Icma.az, Apa.az saytına istinadən bildirir. “Suriyada seçkinin təşkili prosesi 4, yeni konstitusiyanın hazırlanması isə 3 ilədək vaxt apara
APA-nın məlumatına görə, bunu “Al Arabiya” telekanalına müsahinəsində Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara deyib.
O bunu ilk növbədə ölkə əhalisinin yenidən siyahıya alınmasının vacibliyi ilə əsaslandırıb.
Administrasiya rəhbəri vəzifələrə təyinatlarla bağlı tənqidlərə də cavab verib.
O bildirib ki, hazırkı məqamda mühüm postların eyni fikirli insanlara tapşırılması gərgin vəziyyətdə yekdil qərarların qəbul edilməsinə nail olmaq məqsədi daşıyır.
Əhməd əl-Şaraa ölkədəki etirazlara da toxunaraq, hər kəsin dövlət strukturlarının normal fəaliyyətini pozmadan etiraz etmək hüququ olduğunu söyləyib: “Suriyanın azadlığı prosesinin itkisiz başa çatdırılması üçün əlimizdən gələni etdik və buna nail olduq.
Bəzən mənə xilaskar deyirlər, amma bununla razı deyiləm. Ölkəni birmənalı olaraq xalq xilas etdi. Nəticədə hökumət dəyişikliyi baş verdi.
Hesab edirəm ki, azad edilmiş Suriya növbəti 50 il ərzində regionun təhlükəsizliyini təmin edəcək”.
Tam oxu
Xəbəri oxu