Əhməd haradadır? filminin Leyla sının doğum günüdür

06.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan kino aktrisası, pianoçu Töhfə Əzimovanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, görkəmli aktrisa 1938-ci ilin 6 fevralında Bakıda doğulub. Onun əsl sənəti fortepiano müəllimliyi olub.

Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə "Qızmar günəş altında" filminin çəkilişləri zamanı tanış olub.

Cütlük 1958-ci ildə ailə həyatı qurub.

Aktrisa kimi iki filmdə - "Əhməd haradadır?"da Leyla, "Qızmar günəş altında" filmində isə "Nərminə" rolu ilə yaddaqalan obrazlar yaradıb.

Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtoqəzaya düşüb və həlak olub.

Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

Töhfə Əzimova 2003-cü il fevralın 4-də vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью