Əhməd Quliyevin obyektində ŞOK YOXLAMA Görün nə tapıldı?!

03.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Ağcabədi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən pendir istehsalı müəssisəsi aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Hacıbədəlli kəndində fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.

Yoxlama zamanı müəssisənin müvafiq icazə olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məhsulların etiketlənməsi, sanitar-gigiyenik tələblərə əməl olunması və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb. pizza hut

Aşkar edilmiş faktlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью