Əhməd Rəhmanov: Bu, trend deyil, psixi pozuntudur

28.08.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yeni bir trend diqqət çəkir.

Özünü pəhləvan və ya influenser kimi təqdim edən bəzi şəxslər qarpızı barmaqla deşərək bunu güc nümayişi kimi təqdim edir və görüntüləri sosial şəbəkələrdə paylaşırlar.

Trendin Azərbaycandan kənara çıxaraq Türkiyə və digər ölkələrdə də yayılması diqqət çəkir.

Maraqlıdır, insanlar niyə belə neqativ davranışlara maraq göstərir?

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a bildirib ki, bütün bu trendlər psixi problemlərin nəticəsidir:

“Normal şəxs üçün trend anlayışı yoxdur. Bu, trend deyil, psixi pozuntudur. Belə ki, əksər insanlar ətrafındakılardan fərdi olaraq fərqlənmək istəyirlər. Çox az adam var ki, sadəcə öz həyatı ilə yaşayır və fərqli olmaq marağında deyil. Yəni onlar öz maraqlarını özünüifadəyə yox, təkmilləşməyə yönəldirlər.

Amma əksər insanlar kənar vasitələrlə ucuz xırda şou yaratmaqla fərqlənmək istəyirlər. Məsələn, bədənin görünən yerinə döymə (tatu) vurduranlar. Yaxud da evdə uşağa “içki içmə, siqaret çəkmə” deyib, 2-3 dost-tanış arasına düşən kimi siqaret yandıran atalar. Eləcə də günü 20 manata işləyib, 600-1000 manatlıq telefon gəzdirən insanlar”.

Sosioloq qeyd edir ki, ucuz yolla, qısa bir zamanda, məhz fərqlənmək naminə hər hansı bir addım atan insan “diqqətsizlik”, yəni cəmiyyət tərəfindən diqqətsizlik sindromu ilə yaşayır:

“Məhz diqqətsizlik sindromu və ya hiperaktivlik pozuntusu uşaqlıq dövründən başlayaraq gündəlik həyata, təhsilə və sosial fəaliyyətə mənfi təsir göstərən neyroinkişaf pozğunluğudur. İmkan olan kimi onlar qarpızı barmaqla deşəmək kimi ucuz şoulara imza atırlar”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью