Əhməd Türkün nəvəsi silahlı hücumda həlak olub

29.01.2025

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə DEM Partiyasının üzvü Əhməd Türkün nəvəsi Hüseyn Reber Türk (29) və onunla birlikdə olan şəxs dünən axşam saatlarında silahlı hücuma məruz qalıb.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hadisə Mersin-Adana D400 Otoyolu Sərbəst Bölgəsi qovşağının altında baş verib.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları gəlib.

Yaralı Reber Türk və yanındakı şəxs təcili yardımla xəstəxanaya aparılıb.

Hüseyn Reber Türk xəstəxanada dünyasını dəyişib.

Türkün cansız bədəni yarılmaq üçün morqa aparılıb.

Polis hücumu həyata keçirən şəxs və ya şəxslərin tutulması üçün araşdırmalara başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью