Əhməd Yusifovun Dünya cüdo qızılı

06.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 4-də Bakıda cüdo üzrə Dünya çempionatı start götürüb. Bakıda keçirilən Dünya çempionatında final görüşünə çıxıb.

60 kiloqram çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Əhməd Yusifov Dünya çempionatının finalında qazaxıstanlı Şerzod Davlatovla qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb, Əhməd Yusifov Dünya çempionatında qızıl medal qazanıb.

İlk yarış günü tatamiyə çıxan digər cüdoçular – Balabəy Ağayev (60 kq), Könül Əliyeva və Şəfəq Həmidova (hər ikisi 48 kq) isə mundialı medalsız başa vurublar.

Q.YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью