Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Moskvada Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev ilə görüşüb və tərəflər qarşılıqlı razılaşmaların icrasının gedişatını müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə İran səfirliyinin Telegram kanalında yerləşdirilən məlumatda deyilir.
"Moskvaya səfəri çərçivəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev ilə görüşüb və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edib", - deyə bildirilib.