Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər həyatını itirib.
Hadisə ilə bağlı polis araşdırma aparır.