Əhmədlidə ağacları əhatəyə alıb obyekt tikirlər VİDEO

25.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sakinlər qafqazinfo.az-a məlumat veriblər.
Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir.
Tikintiyə etiaz etdiklərini bildirən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitini pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью