Əhmədlidə binaların bir hissəsini istiliklə təmin edən xətlərdə temperatur normadan aşağı düşüb

21.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Azərenerji" ASC-nin Bakı İstilik Elektrik Mərkəzində yaranmış qısa müddətli nasazlıq səbəbindən, “Azəristiliktəchizat” ASC tərəfindən Əhmədli qəsəbəsində yerləşən yaşayış binalarının bir hissəsini istiliklə təmin edən xətlərdə istiliyin temperaturu normadan aşağı düşüb.

Bu barədə Bakıvaxtı.az “Azəristiliktəchizat”a istinadən xəbər verir.

Məlumata görə, "Azərenerji"nin mütəxəssisləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yaranmış nasazlıq aradan qaldırılıb, hazırda temperaturun tələb olunan səviyyəyə çatdırılması üçün tənzimləmə işləri görülməkdədir.

Qurum yaranmış narahatçılığa görə istehlakçılardan üzr istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью