Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən çay evlərindən birində yanğın baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Hadisənin başvermə səbəbi və yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.