Əhmədlidə qayda pozan motosiklet sürücüsü “Prius”u vurub qaçdı ANBAAN VİDEO | Icma.az
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində motosiklet sürücüsü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Videodan göründüyü kimi, motosiklet sürücüsü sağa - avtobus zolağına manevr edir.
Bu zaman o, “Toyota Prius” markalı maşını vurur və işıqforun sarı işığında gözləmədən hərəkət edir.
Qeyd edək ki, motosiklet sürücüsü qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb və maşına dəymiş maddi zərəri qarşıladığını videonun açıqlama qismində bildirib.
Nərmin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu