Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranda oktyabrın 23-də baş verən qətldə ittiham olunaraq saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
APA-nın əldə etdiyi məlumata görə, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi rayon məhkəməsində baxılacaq.