Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
"Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən sürüşmə nəticəsində bir avtomobilə dəymiş ziyan ödəniləcək".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Pənah İmanov deyib.
O bildirib ki, hazırda ərazidə araşdırma işləri aparılır:
"Araşdırmalar zamanı həmin avtomobilə dəymiş ziyan da müəyyənləşdiriləcək və ödəniləcək".
Xatırladaq ki, baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidə olan "Mercedes-Benz" markalı avtomobilə ziyan dəyib.