Əhmədlidəki sürüşmə ilə bağlı yeni xəbər FOTOLAR

17.11.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı torpaq sürüşməsi hadisəsindən sonra yamacda aparılan vizual müşahidələr zamanı yeni çatlar aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər bildirib.

Onun sözlərinə görə, dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meyilli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью