Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

19.10.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Bursa şəhərində ənənəvi “Mövlidi-Şərif və Düyü Günü” tədbirində iştirak edən sakinlər zəhərləniblər.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, şəhərdə ikinci dəfə təşkil olunan kütləvi ehsan mərasimində təxminən min nəfərə düyü ilə toyuq əti paylanıb. Tədbirdən təxminən üç saat sonra bəzi iştirakçılarda ürəkbulanma və qusma əlamətləri yaranıb. 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı jandarm araşdırmaya başlayıb. İlkin ehtimala görə, kütləvi zəhərlənməyə səbəb qidadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью