Ehsan mərasimində 100 dən çox insan zəhərləndi

19.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Bursa şəhərində ənənəvi "Mövludi-Şərif və Düyü Günü" tədbirində iştirak edən sakinlər qidadan zəhərləniblər.

"Yeni Sabah" xəbər verir ki, şəhər sakinlərinin xatirəsinə təşkil olunan kütləvi ehsan mərasimi Bursada ikinci dəfə keçirilib. Tədbirdə təxminən min nəfərə toyuq və düyüdən ibarət yemək paylanıb.

Mərasimdən təxminən üç saat sonra iştirakçılardan bəzilərində ürəkbulanma və qusma başlayıb. 100-dən çox insan xəstəxanaya yerləşdirilib. Dominos pizza

Hadisə ilə bağlı jandarm araşdırmaya başlayıb. Zəhərlənmənin səbəbinin qida olduğu ehtimal edilir./Oxu.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью