futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ayxan Abbasovun “Turan Tovuz”un baş məşqçi postundan göndərilməyinin ikinci həftəsinə keçirik, lakin qəfil qərarın izahı, açıqlaması hələ də verilməyib.
Abbasov danışıb, mövzu ətrafında suallara qismən cavab verib, lakin Ehtiram bəydən bir kəlimə belə eşitməmişik.
Nə də klub hansısa açıqlama/bəyanatla suallara aydınlıq gətirmək niyyətindədir… Əvəzində isə bəzi əks addımlar sezilməkdədir.
Artıq bəzi sosial şəbəkə “həmlələri” ilə klubu tənqid edən jurnalistlər, hətta azarkeşlər hədəfə alınır.
Afərin, yaxşı gedirsiniz… Əfsus ki, bu “yaxşı gediş” yaxşılığa doğru getmir.
“Turan Tovuz” ortabab klublar arasında ən səhih hədəfləri, hətta ideyası olan idi.
Həm rəhbərliyin ümumi rəftarı, performansı, həm yaradıcı işlər klubun maraqlı imic formalaşdırdığını deməyə əsas verirdi.