Ehtiram Quliyev: “Əsas məqsədimiz çempionluq kubokudur”

04.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın avrokuboklardan kənarlaşdırılması ilə bağlı UEFA-nın çıxardığı qərara ilk dəfə reaksiya verib.

Futbolpress.az xəbər verir ki, klub rəhbəri bu barədə media mənsubları ilə görüşündə danışıb:

“Artıq geridə qalan hadisələrə diqqət ayırmırıq, bu gün yalnız müsbət məqamlar barədə danışmaq niyyətindəyik. Davamlı olaraq keçmişə baxsaq, yerimizdə saymış olarıq. Bizim məqsədimiz yalnız irəli getməkdir. Bu təşkil etdiyimiz tədbirin də əsas qayəsi odur ki, ruhdan düşməmişik, əksinə, daha böyük hədəflərlə və yeni enerji ilə yolumuza davam edirik.

Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, bu mövsümkü əsas məqsədimiz çempionluq kubokunu qazanmaqdır. Ən azından son tura qədər zirvə uğrunda mübarizənin mərkəzində yer almaq niyyətindəyik. Tam əminliklə söyləyə bilərəm ki, azarkeşlər bu il ötən mövsümlə müqayisədə daha güclü, daha istəkli və daha keyfiyyətli futbol nümayiş etdirən “Turan Tovuz” izləyəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью