Ehtiram Quliyevlə bağlı şok iddia: Turan Tovuz dan gedir

22.09.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Turan Tovuz" klubunun prezidenti Ehtiram Quliyevin vəzifəsindən ayrılacağı iddia olunur.

Oxu.Az idmanxeber.az-a istinadən xəbər verir ki, onun bu qərarı klub daxilində olduğu iddia edilən fikir ayrılıqları və idarəetmə məsələləri ilə bağlı narazılıqları fonunda verdiyi bildirilir.

İddialara görə, Quliyev klubda qərarların qəbul edilməsi ilə bağlı yaranmış vəziyyətdən narazıdır və "Turan Tovuz"da fəaliyyətini davam etdirmək niyyətində deyil.

Qeyd edək ki, Ehtiram Quliyevin "Turan Tovuz"dan ayrılacağı ilə bağlı məlumat hələlik klub tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью