Ehtiramlı açıqlama nə vaxt olacaq?

04.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bilirik ki, “Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yolları ayırıb. Rəsmən bildirilməsə də, məlumdur ki, Abbasov klubun de-fakto rəhbəri Ehtiram Quliyevin qərarı ilə yola salınıb.

Niyə?

Bu suala cavab tapmaq hələ də mümkün olmayıb. Daha doğrusu, Abbasov mətbuata, elə “FutbolPress“ə müsahibəsində məsələ ətrafında müəyyən açıqlamalar versə də, bu, suallara tam aydınlıq gətirməyib.

Təbii ki, baş məşqçi centlmen yanaşma göstərib qarşı tərəfə rəğbət ifadə etsə də, üç illik müqaviləsi olan məşqçini iki ildən sonra istefaya göndərmək anlaşılmaz qalıb. Ona görə ki, son anadək Quliyev Abasovun arxasında qalacaqlarını bildirmişdi. Bu səbəbdən qərarın anlaşılmaz qarşılanması məntiqlidir.

Baş məşqçi danışsa da, klub hələ heç bir açıqlama verməyib. Bu hal ritorik sualların artmasına və müsbət imici ilə fərqlənən Ehtiram bəyin klub rəhbəri kimi reputasiyasına xələl gətirə bilər.

Ümid edək ki, açıqlama verilər. Əks halda, “niyə”yə cavab tapılmadıqca şübhələr də yarana bilər…

Kamil Əhməd

Əsas xəbərlər, Manşet Tura baxış: qələbə və qol həsrəti davam edir

4 Noyabr 2024, 13:36

Araşdırma, Əsas xəbərlər, Premyer liqa Tovuzda iki fərqli oyun

4 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Premyer liqa Tovuzda heç-heçə, “Neftçi” uduzdu

1 Noyabr 2024, 22:26

Əsas xəbərlər, Premyer liqa Qurbanov: “Turan Tovuz” bizə çətin dəqiqələr yaşatdı”

1 Noyabr 2024, 21:14

Əsas xəbərlər, Premyer liqa Berdıyev “Qarabağ”la oyundan razı qalıb

1 Noyabr 2024, 20:59

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər bilindi

1 Noyabr 2024, 17:31

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью