Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi

17.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Gələn il üçün ehtiyac meyarı məlum olub.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью