“Ehtiyacı olan hər bir tələbəyə kredit verilməlidir”

13.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır, ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir, bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var”. 
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İsgəndərov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, həmçinin qeyd edib ki, ehtiyacı olan tələbə kredit almalıdır:
"Təhsil-tələbə krediti fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir".
 

Bundan başqa komitə sədri pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblərin aradan qaldırılmalı olduğunu vurğulayıb.


"Müəllimlərin sertifikasiya müəllim nüfuzunu qaldırmaq, savadlı müəllim problemini həyata keçirməyə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirmək lazımdır. Hər il kifayət qədər məktəb və bağça tikilir, təmir olunur. Mənə elə gəlir ki, bunun da miqdarını daha da artırmağa ehtiyac var",- deyə o bildirib.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью