Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü

02.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib.

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью