Ehtiyatda olan zabit dəm qazından öldü

21.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.

"Bakupost" "Metbuat.az-a istinadla bildirir ki, vəfat edən şəxs 1977-ci il təvəllüdlü Məmmədov Vüqar Qulu oğlu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) ehtiyatda olan zabiti olub və pensiyada imiş.

Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью