Icma.az, Idmanxeber.az saytına istinadən bildirir. AFFA İcraiyyə Komitəsinin dünənki iclasında legioner limitinin ləğvinə və növbəti mövsümd
İctimaiyyətdə geniş müzakirələrə səbəb olan qərarlara fikirlər birmənalı deyil.
Komanda sayının artırılmasına müsbət rəylər olsa da, legioner limitinin ləğvinə təpki göstərənlər də var.
Məsələyə münasibət bildirməsi üçün azərbaycanlı məşqçi Adil Şükürova müraciət etdik.
Təcrübəli mütəxəssis İdmanxeber.az saytına verilən qərarlar barədə bunları dedi: “Növbəti mövsümdən 12 komandalı çempionat keçiriləcək.
Ancaq bunun formatı necə olacaq, cari mövsüm Premyyer Liqanın kimsə tərk edəcəkmi?
Elitaya yüksələn komandaların infrastrukturu APL-də oynamaq üçün yararlıdırmı. Orada yalnız “Qəbələ”də hər şey ideal durumdadı.
I Liqada çıxış edən klubların aşağı yaş qruplarından ibarət komandaları varmı? Və əsas məsələ olan stadionların durumu.