Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı SON RƏQƏMLƏR

04.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilə dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, xarici sektor göstəricilərinin yaxşılaşması strateji valyuta ehtiyatlarının artırılmasına zəmin yaradır. “Strateji valyuta ehtiyatları 9 ayda 5,1% artıb və 89,4 milyard ABŞ dollarına çatıb. Bu ehtiyatlar 40 aylıq mal və xidmət idxalına kifayət etməklə bərabər manatla geniş pul kütləsini 3,4 dəfə üstələyir”, - o qeyd edib.  

T.Kazımov bildirib ki, cari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib. “ 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% olub, illik baza inflyasiya sentyabrda 4,9% təşkil edib. Qiymətləndirmələrə görə, son bir ildə inflyasiyanın dinamikasına ən çox artırıcı təsir göstərən amil ticarət tərəfdaşlardakı inflyasiya olub”, - MB sədri vurğulayıb.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью