EHTİYATLI OLUN: Bakıda gecə bəzi yollar buz bağlayacaq

15.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.
Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью