Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür Həkimdən xəbərdarlıq

14.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistikin “Lenta.ru”ya açıqlamasında hansı çörək növlərinin yaxşı, hansılarının isə zərərli olması barədə məlumat verib.

Həkim ağ çörəyi ən zərərli çörək növü adlandırıb. "Əla keyfiyyətli undan hazırlanmış buğda çörəyi kəpək və rüşeym çıxarılan təmizlənmiş taxıldan hazırlanır. Onlarla birlikdə demək olar ki, bütün lif, B vitaminləri, maqnezium, sink və dəmir itir. Qalanı isə bağırsaqlarda dərhal qlükozaya çevrilən sürətli karbohidratlardır. Ağ çörəyin qlikemik indeksi 75-85 civarındadır ki, bu da şokolad batonu ilə müqayisə edilə bilər", - qastroenteroloq qeyd edib.

Onun sözlərinə görə, ağ çörək uzun müddət tox saxlamır. Bunun səbəbini izah edən həkim deyib ki, insan ağ çörək yeyəndə qan şəkərində kəskin artım olur və bu da mədəaltı vəzinin böyük miqdarda insulin ifraz etməsinə gətirib çıxarır. Bunun ardınca qan şəkərinin başlanğıc səviyyədən aşağı kəskin şəkildə düşməsi insanda yenidən aclıq hissi yaradır.

Çistik xəbərdarlıq edib ki, bu cür dalğalanmalar insulin müqavimətinə, qarın piylənməsinə və yağlı qaraciyər xəstəliyinə səbəb olur.

Həkim əlavə edib ki, diabetli insanlarda ağ çörək qan şəkərinin kəskin artmasına səbəb olur ki, bu da gözün tor qişasına, böyrəklərə və sinirlərə mənfi təsir göstərir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью