“Ehtiyatlı və qətiyyətsiz” “Bu, Ukraynanı qələbə şansından məhrum edib” AzPolitika onlayn …
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin müttəfiqləri əmindirlər ki, ABŞ Prezidenti Co Baydenin strategiyası Ukraynanı qələbə şansından məhrum edib.
“AzPolitika” xəbər verir ki, “Bloomberg”-də Ukrayna mövzusunda dərc edilən məqalədə belə deyilir.Yazıda qeyd olunur ki, Bayden administrasiyasının Ukraynanı dəstəkləmək üçün resursları səfərbər etmək səylərinə baxmayaraq, Kiyev və bir sıra müttəfiq paytaxtların rəsmiləri bunun çox gec edildiyini deyirlər.
Hətta ABŞ-nin hərbi yardımı artırmaq və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməklə bağlı son səyləri də nəyisə dəyişmir və Ukrayna artıq yalnız münaqişənin məcburi tənzimlənməsi reallığı ilə üz-üzə qalıb: “Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps deyib: “Onun(Baydenin-red.) ürəyi şübhəsiz ki, doğru yerdə idi.
O, Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyin vacibliyini anlayırdı.
Bununla belə, onun yanaşması tez-tez çox ehtiyatlı və qətiyyətsiz olub, vəziyyəti dəyişmək üçün lazım olan mühüm dəstəyi verməkdən çəkinib".
ABŞ-nin əhəmiyyətli səyləri, o cümlədən Ukraynaya 90 milyard dollardan çox yardım ayrılması, qabaqcıl silahların ötürülməsindəki gecikmələr səbəbindən həlledici üstünlüyü təmin edə bilməyib.
2022-ci ildə Ukraynanın strateji üstünlüyə malik olduğu kritik məqamlarda Prezident Zelenskinin əlavə silahların dərhal tədarükü ilə bağlı çağırışları eskalasiya, xüsusən də nüvə təhlükəsi səbəbindən Vaşinqtonda ehtiyatla qarşılandı.
Tam oxu
Xəbəri oxu