Ehtiyatsızlıqdan özünə xəsarət yetirən 74 yaşlı kişi HƏYATINI İTİRİB

11.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Quba rayonunun Cağacuq kəndində qeydə alınıb.
Kənd sakini, 74 yaşlı Əşrəf Baloğlanov yaşadığı evdə laqonda ilə işləyərkən ehtiyatsızlıqdan alət ayağına dəyib. Ağır xəsarət alan kişi qanaxmadan yerindəcə həyatını itirib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью