Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bitki mənşəli və minimum emal olunmuş qidalar əhvalın yaxşılaşmasına və psixi sağlamlığın qorunmasına müsbət təsir göstərir.
BAKU.WS xəbər verir ki, tam taxıllar, paxlalılar, tərəvəzlər, meyvələr, qoz-fındıq, zeytun yağı və balıq kimi məhsulların qidalanma rasionunda artırılması stresə davamlılığı və koqnitiv sağlamlığı dəstəkləyə bilər.
Bildirilib ki, prebiyotiklər, probiyotiklər və psixobiotiklər də faydalı ola bilər. Lakin onların təsiri hər bir insanın bağırsaq mikrobiotası və qidalanma vərdişlərindən asılı olaraq dəyişir.
Ekspertlər qeyd edirlər ki, sağlam qidalanma psixi pozuntuların qarşısının alınması və ümumi əhvalın yaxşılaşdırılması üçün mühüm vasitələrdən biri hesab olunur.