Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu

18.11.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanın zamanı necə qavraması və xronotipi onun əhvalına təsir göstərir.

Milli.Az xəbər verir ki, bunu Varşava Universitetinin alimləri müəyyən ediblər.

Araşdırmaya əsasən, keçmişə mənfi yanaşan və gələcəyi az planlaşdıran insanlarda depressiv simptomlar daha çox rast gəlinir. Gecə gec saatlara qədər aktiv olan şəxslər də daha yüksək depressiya göstəricilərinə sahib olur.

Xronotip zaman perspektivi ilə depressiya arasındakı əlaqəni qismən izah edir.

Keçmişi pozitiv xatırlayan və gələcəyə ümidlə baxan insanlar daha çox "səhər adamı" olur və bu da depressiya riskini azaldır.

Tədqiqatçılar bildirirlər ki, zamanla bağlı düşüncələrin psixoloji tənzimlənməsi yuxu rejimini yaxşılaşdıraraq depressiv meylləri zəiflədə bilər.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью