EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

11.03.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 540 min barel olacağı proqnozlaşdırılır. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Bu, qurumun əvvəlki proqnozu ilə eynidir. Hesabata əsasən, 2027-ci ildə ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 540 min barel olacaq. 

Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 570 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью