Ə.İ.Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı AZƏRTAC

06.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:

Əli İsmayıl oğlu Əhmədov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2024-cü il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью