EJU mundial öncəsi Azərbaycan cüdoçularını önə çıxardı

19.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Avropa Cüdo İttifaqı (EJU) Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatına həsr etdiyi təhlildə Azərbaycan cüdoçularına xüsusi diqqət ayırıb.

İdman.Biz xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan materialda Məhəmməd Musayev, Ayxan Mirzəzadə, Süleyman Şükürov və Ramazan Əhmədovun yarışdakı şansları dəyərləndirilib.

EJU 66 kq-da Musayevin Avropa çempionluğunu və dünya reytinqindəki liderliyini önə çəkib. Həmin çəkidə gürcüstanlı Tornike Qiqaurinin dünya çempionu titulunu qorumağa çalışacağı vurğulanıb. Qurum bu iki idmançının iştirakını çəki dərəcəsində rəqabəti artıran əsas amillərdən biri kimi göstərib.

60 kq-da Ayxan Mirzəzadənin Podqoritsadakı Avropa çempionatında qazandığı qızıl medal xatırladılıb. Fransalı Lüsyen Tiksyenin qitə birinciliyinin finalında Azərbaycan təmsilçisinə uduzduğu və mundialda həmin nəticənin əvəzini çıxmağa çalışacağı qeyd olunub.

90 kq-da Avropa çempionu Süleyman Şükürovun güclü rəqiblərlə mübarizə aparacağı bildirilib. Bu çəkidə gənclərin dünya reytinqinə rusiyalı Ademirkan Tambiyev başçılıq edir.

100 kq-dan yuxarı çəkidə isə Avropa çempionatının bürünc mükafatçısı Ramazan Əhmədovun Fransanın güclü təmsilçilərinə rəqabət yarada biləcəyi vurğulanıb.

Qeyd edək ki, noyabrın 19-22-də keçiriləcək dünya çempionatında Azərbaycan doqquz oğlan və beş qız olmaqla 14 cüdoçu ilə təmsil olunacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью