Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk aktyor Ekin Koç Antalyada keçirilən “COP31” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edən məşhurlar arasında yer alıb.
OLAY yazır ki, tədbirdən çəkdirdiyi fotoları İnstaqram hesabında paylaşan aktyorun paylaşımında eyni tədbirdə iştirak edən digər aktyor Alp Navruzun görünməməsi diqqət çəkib.
Tədbir zamanı çəkilən bəzi fotolarda Ekin Koçun arxasında görünən Alp Navruzun İnstaqram paylaşımındakı şəkillərdən çıxarıldığı məlum olub.
Ekin Koçun Alp Navruzu fotolardan hansı səbəbdən çıxardığı isə hələlik bəlli deyil.