Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövrün ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşmüşdür.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabr ayınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapması və inkişafında əvəzsiz rolu olmuşdur.
Əsasən maarifçilik missiyasını öz üzərinə götürən “Əkinçi” qısa müddətdə həm ziyalılar, həm də sadə xalq arasında böyük nüfuz qazanmışdı.
Lakin qəzetin fəaliyyəti uzun çəkmədi. Çar Rusiyası “Əkinçi”nin cəmiyyətin maariflənməsi və ictimai-siyasi proseslərə daha yaxından bələd ol
Buna baxmayaraq, dövrün görkəmli maarifçiləri “Əkinçi”nin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi
1875-ci ildən sonra ölkədə müxtəlif nəşrlərin yaranması ilə milli mətbuatımız zənginləşdi.
Bu nəşrlər Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına töhfə verdi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynadı.