“ƏKİNÇİ” (Sabirsayağı) | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Təranə ARİFQIZIAzərbaycan Milli Mətbuatının 150 illik yubileyinə İnci, sədəf tək nur saçırsan dəryadə, “Əkinçi”, Hey xatırlaram səni, salaram yadə, “Əkinçi”!
Qələmin gücünə bax, məhv elədi qaranlığı, Cahillərə dərs verdi, yetdi fəryadə “Əkinçi”!
Cəsarət, işıq oldu mətbuatın addımına Özündən sonra iz, ad qoydu dünyadə “Əkinçi”!
Zərdabinin fəhminə, ağlına əhsən deyirəm, Ömrünü hürr yaşadı,vermədi badə, “Əkinçi”!
Yüz əlli il öncə tapdı qələmlə sözün yolunu, Qələm əhli oldu hər əziyyətə amadə, “Əkinçi”!
Nə qədər internet ola, süni zəka at oynada, Yenə çatmaz sənin tək yüksək bir adə, “Əkinçi”!
Qələmin məqsədi yazmaq, ağılın qulu olmaq, Sadiqəm Həsən bəy Zərdabi tək ustadə, “Əkinçi”!
Tam oxu
Xəbəri oxu