Ekipaj üzvləri əllərindən gələni etdilər Qəzadan sağ çıxan həmyerlimiz a DANIŞDI

26.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.

Qəza nəticəsində həyatda qalanlardan biri də Heydər Qədirovdur. O, hazırda Qazaxıstanın xəstəxanasında müalivə alır və tezliklə Azərbaycana gətiriləcək.

Heydər Modern.az-a açıqlamasında Qazaxıstan prokurorluğuna izahat verdiyini bildirib.

"Sadəcə onu demək istərdim ki, Allah ekipaj üzvlərinə rəhmət eləsin. Ona görə ki, özləri ölsə də, sərnişinlərin yarısını sağ-salamat olması üçün əllərindən gələni etdilər", - o, qısa açıqlamasında deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью