Əkiz bacılar tələbə oldular Eyni ali məktəbdə oxuyacaqlar

07.09.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali məktəblərə builki qəbul imtahanlarından uğurlu nəticəgöstərən abituriyentlər arasında Ağcabədidən olan əkiz bacılar da var.
Modern.az-ın məlumatına görə, Ağcabədi şəhəri 12 nömrəli tam orta məktəbin builki məzunları olan əkiz bacılar – Gülay və Nuray Süleymanovalar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialına qəbul olunublar.

Süleymanova Gülay Pərviz qızı qəbul imtahanlarında 558,5 bal toplayaraq dövlət sifarişi əsasında “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasına qəbul olunub.

Onun əkiz bacısı Süleymanova Nuray Pərviz qızı isə 398,1 bal nəticə göstərərək dövlət sifarişi əsasında “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisasına qəbul olunub.

Eyni məktəbdə təhsil alan, eyni ildə məzun olan və ali təhsil yollarını da eyni universitetdə davam etdirəcək bacıların hər ikisinin müəllimlik ixtisasını seçməsi diqqət çəkir. Onlar yeni tədris ilindən etibarən ADPU-nun Ağcabədi filialında təhsil alacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью