Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanda həkimlər 10 yaşlı oğlanın qarın boşluğunda nadir tibbi anomaliya aşkarlayıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaq on gün davam edən qarın ağrısı, yüksək hərarət və çəki itkisi səbəbindən xəstəxanaya yerləşdirilib.
Kompüter tomoqrafiyası zamanı onun qarın boşluğunun sol yuxarı hissəsində iri törəmə müəyyən edilib. Cərrahi əməliyyat zamanı törəmənin daxilində onurğa sütunu, ətraf sümükləri, saç, dırnaq və dişə bənzər strukturlar aşkarlanıb.
Həkimlər bunun “fetus in fetu” (döl içində döl) adlanan nadir patologiya olduğunu ehtimal edirlər. Bu anomaliyanın eynizigot əkizlərin ana bətnində inkişafı zamanı bir embrionun digərinin daxilində qalması nəticəsində yarandığı düşünülür.
Uğurlu əməliyyatdan sonra uşağın vəziyyəti yaxşılaşıb və 11 gün ərzində xəstəxanadan evə buraxılıb.