525.az saytına istinadən Icma.az xəbər verir. Çində qeyri-adi, bəlkə də ilk dəfə rastlaşılan toy keçiririlb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əkiz qardaşlar əkiz bacılarla ailə həyatı qurublar.
Sual oluna bilər ki, burada qeyri-adi nə var? Belə toylarla bağlı xəbərlər mətbuatda və sosial şəbəkələrdə ara-sıra qarşımıza çıxır.
Məsələ burasındadır ki, toyda hər iki tərəfin əkiz əmiləri də iştirak edib.
İndi toy sahibi bununla bağlı Ginnesin rekordlar kitabına müraciət unvanlamağı planlaşdırır.
Müsbət cavab gələcəyi təqdirdə bu, bəy-gəlinlər də daxil olmaqla bir toyda 8 əkizin iştirak etdiyi ilk toy olacaq.
Yeri gəlmişkən, Sun qardaşları Şan bacıları ilə 2022-ci ildə tanış olublar. Onlar hamısı Anhoy əyalətinin Fuyan şəhərindəndir.
L.Tağıyeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.