Ekklstoun favoritinin adını açıqladı

24.08.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun dünya çempionatında cari mövsümün favoritini açıqlayıb.

Onun fikrincə, titulu “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri qazanacaq:

“İlk üç yarışdan sonra avstraliyalının qalibiyyətinə əminəm! O, öz yolu ilə gedir və düşüncə cəhətdən Lando Norrisdən qat-qat üstündü”.

Piastri hazırda 284 xalla pilotların ümumi sıralamasına başçılıq edir. Onun 2-ci pillədə qərarlaşan komanda yoldaşı Norrisin 275 xalı var. İlk “3-lüy”ün sonuncusu ötənilki çempion, “Red Bull” pilotu Maks Ferstappendi (187).
Ekklstoun "Formula One Management" və "Formula 1 Administration"ın fəxri prezidentidi. 2017-ci ilin yanvarın 23-dək “Formula-1”in rəhbəri olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью