“Ekko”: İqlim dəyişikliyi ilə mübarizə KOBlar üçün də prioritetdir

16.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiçik və orta bizneslərin (KOB) karbonsuzlaşdırması bütün iqtisadiyyatın karbonsuzlaşdırılmasına səbəb ola bilər.

APA xəbər verir ki, bunu "Ekko" şirkətinin nümayəndəsi Majda Dabaghi COP29 çərçivəsində təşkil olunmuş “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbirdə deyib.

O bildirib ki, KOB-ların ehtiyaclarını müzakirə edərkən alətlərə və ya siyasət çərçivələrinə baxılmalıdır: "KOB-lar İqlim Mərkəzinin çox qürurlu üzvləridir. İqlim dəyişikliyi ilə mübarizə KOB-lar üçün də prioritetdir".

Majda Dabaghi həmçinin vurğulayıb ki, Paris Sazişinin hədəflərinə çatmaq üçün KOB-ların karbonsuzlaşdırılması təmin edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью