Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2024” ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamətlə fəaliyyətini davam etdirir.
SİA xəbər verir ki, “Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür.
Bu gün çərçivəsində Azərbaycan könüllüləri tərəfindən eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, könüllülərin sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib.
Həmçinin, könüllülərin iştirakı ilə küçə heyvanları üçün heyvan sığınacaqlarının hazırlanması eko-masterklası baş tutub.
Qeyd edək ki, bu gün çərçivəsində Azərbaycan xalq-tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas həyata keçiriləcək.
Bu eko-masterklas zamanı hər bir könüllü bir ilmə ataraq, sonunda “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən bir xalça toxunulacaq.
Bu təşəbbüs könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də milli-mədəni irsimizə verilən böyük töhfədir.