Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. İnsanlar təbiətə, ətraf mühitin mühafizəsinə, təbii resurslara olduqca həssas yanaşmalı, təbii
Əgər həssas yanaşılmasa, ətraf mühit, ekologiya nəzərə alınmasa, bunun ağır nəticələrə gətirib çıxarılacağı gözləniləndir.
Xüsusən də ekoloji problemlərin olmaması üçün təbiətə olan mənfi təsirlərin minimuma endirilməsi gərəkir və bunun üçün də ətraf mühit mühafizə edilməli, qorunmalıdır.
Ölkəmizdə ekoloji məsələlər daim diqqət mərkəzindədir və bu baxımdan da ətraf mühitin mühafizəsinə xüsusi həssaslıqla yanaşılır.
Bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də məhz ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür.
Məqsəd ekoloji tarazlığın qorunması, bərpa edilməsi və ətraf mühitin mühafizəsinə nail olmaqdan ibarətdir.
Buna görə də meşələrin bərpa edilməsi və eləcə də yaşıllıqların artırılmasına, ələlxüsus, ekoloji baxımdan dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqramlar, həmçinin ölkəmizdə hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.
Təbii sərvətlərin bərpa edilməsi, mühafizəsi, milli parkların salınması, yaşıllıq sahələrin genişləndirilməsi və bu kimi işlər deyilənlərin təsdiq edir.