Ekoloji aksiya: BDU nun həyətində müxtəlif çiçəklər əkilib

05.06.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar çiçəkəkmə aksiyası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, çiçəkəkmə aksiyasında gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər. Aksiya zamanı universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью