Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə Belem Bəyannaməsi qəbul edildi FOTO | Icma.az
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 22-də Braziliyanın Belem şəhərində COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətitədbirdə iştirak edir.
Tədbirin açılış mərasimində çıxış edən Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Paulo Qonet, həmçinin, Azərbaycan Respublikasına COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü ifadə edib.
Plenar iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.
Çıxış zamanı dövlətimizin başçısının 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Baş prokuror, həmçinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ), Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.
Tam oxu
Xəbəri oxu