Icma.az bildirir, Sia Az portalına istinadən. "Ətraf mühitə qarşı məsuliyyət qlobal ətraf mühitin qorunması ilə bağlı dünyada aparılan siyas
Ətraf mühit məsuliyyəti fərdi hərəkətlərdən asılı olan bir prosesdir.
Buraya istehlak davranışı, tullantıların çeşidlənməsi, təbii resursların qorunması və digər oxşar fəaliyyətlər daxildir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
Onun sözlərinə görə, eyni zamanda bu proses, cəmiyyətin üzvlərinə qarşı tələbkar yanaşmanı və ictimai məlumatlılığın artırılmasını da əhatə edir: "Məhz bu maarifləndirmə nəticəsində sistemli dəyişikliklər formalaşır.
Qanunvericilik, siyasət, korporativ məsuliyyət və infrastruktur isə bu fərdi hərəkətlər üçün şərait yaradır, onların miqyasına və effektivliyinə birbaşa təsir göstərir.
Beləliklə, bu proseslər bir-biri ilə sıx bağlıdır. Hər iki aspekt həm insanların fərdi seçimləri, həm də ətraf mühitə məsuliyyətli davranışı
Eyni zamanda bu davranışların təşviqi və davamlı şəkildə dəstəklənməsi də mühüm əhəmiyyət daşıyır.